BAKI,TurkicWorld,Yusif Şərifzadə
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Baqayi ABŞ-nin İrana qarşı siyasətini pisləyərək Tehran hökumətinin ABŞ-nin hücum və təzyiqlərinə qarşı müqaviməti davam etdirəcəyini bildirib.
TurkicWorld xəbər verir ki, Baqayi keçirdiyi mətbuat konfransında ABŞ-ni İrana qarşı “pis niyyətlər” nümayiş etdirməkdə ittiham edib.
O bildirib ki, ABŞ-nin müharibə, hücum və təcavüz siyasəti İranın bütün maraqlarını hədəfə alır.
Baqayinin sözlərinə görə, bazar günü gecə Larək adasına endirilən zərbələr ABŞ-nin “pozuntuları davam etdirdiyini” göstərir.
İran Xarici İşlər Nazirliyinin sözçüsü əlavə edib ki, Tehranın həmin hücumlara cavab verməyə haqqı olub.
Baqayi ABŞ-nin təzyiq siyasətinin İranın mövqeyini dəyişdirməyəcəyini və ölkəsinin öz maraqlarını qorumaq üçün müqaviməti davam etdirəcəyini vurğulayıb.







