Son dəqiqə

İran ABŞ Yaxın Şərq Skott Bessent Diplomatiya Sanksiyalar ABŞ-İran münasibətləri iqtisadi təzyiq İran iqtisadiyyatı

Sanksiyaların məqsədi İranı danışıqlar masasına gətirməkdir - Skott Bessent

BAKI,TurkicWorld,Yusif Şərifzadə

ABŞ maliyyə naziri Skott Bessent bildirib ki, Vaşinqtonun İrana qarşı tətbiq etdiyi sanksiyaların əsas məqsədi Tehranın danışıqlara qayıtması üçün şərait yaratmaqdır.

TurkicWorld xəbər verir ki, Bessent CNBC telekanalına müsahibəsində ABŞ sanksiyalarının məqsədinin “İranın danışıqlar masasına gəlmək istəyəcəyi şərait yaratmaq” olduğunu deyib.

ABŞ rəsmisi İranın hərbi əməliyyatlara iqtisadi çətinliklər səbəbindən əl atdığını iddia edib. O, İran rəhbərliyinin ölkədə vəziyyətin ağırlaşması fonunda “şok vəziyyətində” olduğunu bildirib.

Bessent həmçinin Vaşinqtonun Tehrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcəyini açıqlayıb. ABŞ Maliyyə Nazirliyi daha əvvəl “İranın iqtisadi cəhətdən təcrid edilməsi” məqsədi daşıyan yeni tədbirlər elan edib.

ABŞ maliyyə naziri daha əvvəl İranla əlaqəli fəaliyyət göstərən qurumlara qarşı əlavə sanksiyalar tətbiq ediləcəyini bildirib və bu həftə daha bir İran bankına qarşı məhdudiyyətlərin elan ediləcəyini açıqlayıb.

Vaşinqtonun siyasəti İranın maliyyə əlaqələrini zəiflətməyə yönəlib. Tehran isə ABŞ-nin iqtisadi təzyiq siyasətini rədd edir və bu addımların nəticə verməyəcəyini bildirir.

Mövzuya görə xəbərlər