Son dəqiqə

İran ABŞ Donald Tramp Yaxın Şərq İran ordusu Hörmüz boğazı ABŞ-İran münasibətləri Əbülfəzl Şəkərçi

Tramp Hörmüz boğazını ABŞ ərazisinə çevirməyi xəyal belə edə bilməz - İran

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İran ordusunun sözçüsü general-mayor Əbülfəzl Şəkərçi ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazını ABŞ ərazisi elan etmək niyyətinə dair açıqlamalarına sərt reaksiya verib. O, Vaşinqtonun bölgədə daimi hərbi mövcudluğuna qarşı olduqlarını bildirib.

TurkicWorld xəbər verir ki, İranın “Tasnim” xəbər agentliyinin məlumatına görə, Şəkərçi İranın “Defa Press” nəşrinə müsahibəsində Trampın Hörmüz boğazı ilə bağlı planlarını tənqid edib.

İran ordusunun sözçüsü bildirib ki, ABŞ Prezidenti Hörmüz boğazını ABŞ ərazisinə çevirməyə cəhd göstərməyi belə xəyal edə bilməz. O, bu su yolunun bölgə ölkələri üçün strateji əhəmiyyət daşıdığını vurğulayıb.

Şəkərçi ABŞ-nin Yaxın Şərqdə hərbi mövcudluğuna qarşı çıxaraq bildirib ki, İran bölgədə Amerika qüvvələrinin qalmasına icazə verməyəcək.

“Biz amerikalıların bu bölgədə mövcudluğuna imkan verməyəcəyik. Amerikalıları Qərbi Asiya bölgəsindən çıxarmaqda qərarlıyıq”, – deyə İran rəsmisi bildirib.

Onun sözlərinə görə, İran Hörmüz boğazı və bölgədəki təhlükəsizlik məsələlərində öz mövqeyini qorumağa davam edəcək.

Hörmüz boğazı dünya enerji daşımaları baxımından ən mühüm dəniz keçidlərindən biri hesab olunur və onun statusu ilə bağlı ABŞ və İran arasında qarşıdurma son dövrdə daha da kəskinləşib.

Mövzuya görə xəbərlər