Son dəqiqə

Rusiya İrlandiya Islam Maxaçev MMA

Rusiyalı döyüşçü İslam Maxaçev UFC-də çempion titulunu qoruyub

BAKI,TurkicWorld

Rusiyalı döyüşçü İslam Maxaçev irlandiyalı İan Maçado Qerrini məğlub edərək UFC-nin yarımorta çəki dərəcəsində çempion titulunu qoruyub.

Filadelfiyada keçirilən UFC 330 turnirində baş tutan döyüş Maxaçevin hakimlərin yekdil qərarı ilə qələbəsi ilə başa çatıb.

34 yaşlı Maxaçev bununla qarışıq döyüş növlərində (MMA) qələbələrinin sayını 29-a çatdırıb. Onun hesabında bir məğlubiyyət var.

Qeyd edək ki, Maxaçev 2025-ci ildə UFC tarixində iki çəki dərəcəsində çempion titulunu qazanan ilk rusiyalı döyüşçü olub.

Mövzuya görə xəbərlər