Son dəqiqə

ABŞ Pentaqon RTX Boing raket əleyhinə vasitələr SM-3 Blok 2A SM-3 Blok 1B

Pentaqon raketdən müdafiə vasitələrinin istehsalını artırmaq üçün yeni sazişlər bağlayıb

BAKI,TurkicWorld,Yusif Şərifzadə

ABŞ Müdafiə Nazirliyi raketdən müdafiə vasitələrinin istehsalını artırmaq məqsədilə “Boing” və “RTX” şirkətləri ilə çərçivə sazişləri imzalayıb. Sazişlər “SM-3 Blok 2A” və “SM-3 Blok 1B” raket əleyhinə vasitələrin istehsalında istifadə olunan hissələrin buraxılışının artırılmasını nəzərdə tutur.

TurkicWorld xəbər verir ki, Pentaqonun açıqlamasına əsasən, yeni sazişlər “Aegis” ballistik raketlərdən müdafiə sisteminin əsasını təşkil edən və gəmilərdən buraxılan raket əleyhinə vasitələrin istehsal imkanlarının gücləndirilməsinə xidmət edəcək.

Bu addım Pentaqonun həftənin əvvəlində ABŞ müdafiə sənayesinə silah istehsalını sürətləndirmək və tükənməkdə olan sursat ehtiyatlarını yeniləmək barədə çağırışından sonra atılıb.

ABŞ-ın İranla beş aydır davam edən müharibəsi fonunda ölkənin silah və sursat ehtiyatlarının vəziyyəti ilə bağlı müzakirələr də artıb.

Məlumatlara görə, ABŞ-ın bəzi hücum və müdafiə təyinatlı silahlarının ehtiyatları təhlükəli dərəcədə azalıb. Bu vəziyyət Vaşinqtonun uzunmüddətli hərbi əməliyyatları davam etdirmək imkanları ilə bağlı suallar yaradıb.

Ağ Ev isə ABŞ qüvvələrinin sursat çatışmazlığı ilə üzləşdiyi barədə məlumatları rədd edib.

Pentaqonun yeni sazişləri ABŞ-ın raketdən müdafiə imkanlarını gücləndirmək və gələcək hərbi əməliyyatlar üçün silah ehtiyatlarını artırmaq istiqamətində atılan addımlardan biri kimi qiymətləndirilir.

Mövzuya görə xəbərlər