BAKI,TurkicWorld,Yusif Şərifzadə
Pakistanın daxili işlər naziri Möhsin Nəqvi İranda diplomatik səfəri çərçivəsində İran Ali Milli Təhlükəsizlik Şurasının yeni təyin olunmuş katibi, general-mayor Möhsin Rzai ilə görüşüb.
TurkicWorld xəbər verir ki, İranın WANA agentliyinin məlumatına görə, Məşhəd şəhərində keçirilən görüşdə tərəflər regional məsələləri və ikitərəfli münasibətləri müzakirə ediblər.
Görüş zamanı Möhsin Rzai Pakistanın regional proseslərdə artan rolunu yüksək qiymətləndirib və müsəlman ölkələri arasında daha sıx birliyin vacibliyini vurğulayıb.
İran rəsmisi regional əməkdaşlığın və qarşılıqlı əlaqələrin gücləndirilməsinin mühüm olduğunu qeyd edib.
Pakistanın daxili işlər naziri isə İran rəhbərliyini yüksək qiymətləndirib, İran və Pakistan xalqları arasında “güclü həmrəyliyi” vurğulayıb.
Möhsin Nəqvi iki ölkə arasında əlaqələrin daha da genişləndirilməsinin vacibliyini bildirib.







