Son dəqiqə

İran ABŞ Donald Tramp Enerji təhlükəsizliyi Hörmüz boğazı Neft Bazarı Dəniz blokadası

ABŞ Hörmüz boğazı üzərində “tam nəzarəti” saxlayacaq - Tramp

BAKI,TurkicWorld,Yusif Şərifzadə

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazı üzərində ABŞ-ın nəzarət etdiyini və bu vəziyyəti qoruyacaqlarını bildirib.

TurkicWorld xəbər verir ki, Tramp bu barədə özünün “Truth Social” platformasında paylaşım edib.

“ABŞ Hörmüz boğazı üzərində tam nəzarətə malikdir. Düşünürəm ki, bunu qoruyacağıq!”, – deyə Tramp yazıb.

ABŞ prezidenti bildirib ki, ölkəsinin tətbiq etdiyi dəniz blokadası hamı tərəfindən “polad divar” adlandırılır və İranın buna qarşı heç nə edə bilməyəcəyini iddia edib.

Trampın açıqlaması ABŞ və İran arasında Hörmüz boğazı ilə bağlı gərginliyin davam etdiyi bir vaxtda səslənib.

Hörmüz boğazı qlobal enerji daşımaları baxımından ən mühüm dəniz yollarından biri hesab olunur və burada baş verən istənilən gərginlik dünya neft bazarlarına təsir göstərə bilər.

Mövzuya görə xəbərlər