BAKI,TurkicWorld,Yusif Şərifzadə
Husilər Yəmənin cənub-qərbində, Babül-Məndəb boğazı yaxınlığında yerləşən strateji Əl-Məxa (Mocha) limanına yeni ballistik raket hücumları həyata keçirib.
TurkicWorld xəbər verir ki, bu barədə Yəmənin dövlət mediası məlumat yayıb.
Bildirilib ki, hücumlar Əl-Məxa limanı ərazisinə yönəlib. Dövlət televiziyası hadisə ilə bağlı əlavə təfərrüat açıqlamayıb.
Husilərdən isə hücumla bağlı dərhal hər hansı rəsmi açıqlama verilməyib.
Bu hücum Yəmən hökumət qüvvələrinin bir gün əvvəl husilərin Əl-Məxa şəhərinə 10 ballistik raket və 4 pilotsuz uçuş aparatı ilə hücum etdiyini açıqlamasından sonra baş verib.
Əl-Məxa limanı Babül-Məndəb boğazına yaxın yerləşməsi səbəbindən regional ticarət və dəniz daşımaları baxımından strateji əhəmiyyət daşıyır.







