BAKI,TurkicWorld,Yusif Şərifzadə
Livan Prezidenti Cozef Aun ABŞ generalı Cozef Klirfild ilə Vaşinqtonda əldə olunan çərçivə razılaşmasının həyata keçirilməsi məsələlərini müzakirə edib.
TurkicWorld xəbər verir ki, Livan Prezident Administrasiyasının məlumatına görə, görüş Beyrutda baş tutub.
Bildirilib ki, tərəflər iyunun 26-da Vaşinqtonda əldə olunan çərçivə razılaşmasının icrası istiqamətində atılacaq addımları müzakirə ediblər.
Görüşdə general Cozef Klirfildin ötən həftə İsraildə apardığı danışıqların nəticələri də nəzərə alınıb.
Qeyd olunub ki, Klirfild Livan üzrə Hərbi Koordinasiya Qrupunun (MCG4L) rəhbəridir.
MCG4L üçtərəfli koordinasiya mexanizmi kimi sözügedən razılaşma çərçivəsində yaradılıb.







