Yəmən hücum Yaxın Şərq Qırmızı dəniz Dəniz təhlükəsizliyi yük gəmisi UKMTO Əl-Məxa

Yəmən sahillərində yük gəmisinə naməlum mərmi ilə zərbə endirilib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları Mərkəzi (UKMTO) Yəmənin Əl-Məxa sahilləri yaxınlığında yük gəmisinin naməlum mərmi ilə vurulduğunu və itkilərin olduğunu bildirib.

TurkicWorld xəbər verir ki, UKMTO sosial şəbəkədə yaydığı açıqlamada hadisənin Qırmızı dənizin cənub hissəsində baş verdiyini açıqlayıb.

Məlumata görə, yük gəmisi Yəmənin Əl-Məxa (Moça) limanı yaxınlığında naməlum mərminin zərbəsinə məruz qalıb.

UKMTO bildirib ki, hadisə nəticəsində itkilər barədə məlumat daxil olub və hazırda aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Qurum gəmilərə bölgədən keçərkən ehtiyatlı olmağı və şübhəli fəaliyyətlərlə bağlı məlumat verməyi tövsiyə edib.

Hadisə Qırmızı dənizin cənub hissəsində gəmiçilik təhlükəsizliyi ilə bağlı narahatlıqların davam etdiyi bir dövrdə baş verib.

Əl-Məxa limanı Yəmənin qərb sahilində yerləşir və əvvəlki dövrlərdə də hücumların hədəfi olub.

Mövzuya görə xəbərlər