BAKI,TurkicWorld,Yusif Şərifzadə
Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları Mərkəzi (UKMTO) Oman körfəzində tanker və hərbi qüvvələrin iştirakı ilə insident baş verdiyini açıqlayıb.
TurkicWorld xəbər verir ki, UKMTO hadisə ilə bağlı məlumat aldığını və aidiyyəti qurumların vəziyyətdən xəbərdar olduğunu bildirib.
Mərkəzin açıqlamasında insidentin təfərrüatları barədə əlavə məlumat verilməyib.
UKMTO qeyd edib ki, hadisə ilə bağlı araşdırmalar davam etdirilir.
Oman körfəzi Yaxın Şərqdə enerji daşımaları və beynəlxalq dəniz ticarəti baxımından mühüm əhəmiyyət daşıyan su yollarından biri hesab olunur.
Hadisə bölgədə dəniz təhlükəsizliyi ilə bağlı narahatlıqların artdığı bir dövrdə baş verib.







