Son dəqiqə

İsrail Livan Hizbullah Livan-İsrail münasibətləri cənubi Livan Nəbatiyyə Xiyam Mərkabə Əli Əl-Tahir yüksəklikləri

İsrail qüvvələri Livanın cənubunda müxtəlif ərazilərdə partlayış əməliyyatları keçirib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İsrail qüvvələri Livanın cənubundakı Nəbatiyyə bölgəsində yerləşən Mərkabə və Rəb əs-Səlaseyn kəndləri arasındakı ərazidə partlayış əməliyyatları həyata keçirib.

TurkicWorld xəbər verir ki, Livanın Milli Xəbər Agentliyinin məlumatına görə, İsrail ordusu bundan əvvəl Xiyam şəhərində yaşayış evlərini dağıdıb. Həmçinin Nəbatiyyə bölgəsində Kəfr Təbnit və Arnun kəndləri arasındakı ərazidə də partlayışlar törədilib.

Məlumata görə, İsrail qüvvələrinin fəaliyyəti Livanın cənubunda gərginliyin davam etdiyi bir vaxtda baş verib.

Livanın Milli Xəbər Agentliyi İsrail ordusunun strateji əhəmiyyət daşıyan Əli Əl-Tahir yüksəkliklərini, Dəbşə və Kəfr Rumman təpələri ətrafını da atəşə tutduğunu bildirib.

Bildirilib ki, top atəşləri bazar günü gecə yarısından bazar ertəsi səhər saatlarına qədər fasilələrlə davam edib.

İsrail tərəfi həyata keçirilən əməliyyatların səbəbi ilə bağlı açıqlama verməyib.

Livanın cənubunda İsrail qüvvələri ilə Hizbullah arasında əvvəlki qarşıdurmalardan sonra bölgədə gərgin vəziyyət davam edir.

Mövzuya görə xəbərlər