Son dəqiqə

İsrail Livan İsrail ordusu Livan-İsrail münasibətləri Livanın cənubu İsrail-Livan sərhədi Vadi əl-Cəmal Meys əl-Cəbəl

İsrail qüvvələri Livanın cənubunda irəliləyib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İsrail qüvvələri Livanın cənubunda yerləşən Meys əl-Cəbəl kəndinin şimal ətrafına doğru irəliləyib.

TurkicWorld xəbər verir ki, Livanın Milli Xəbər Agentliyinin məlumatına görə, İsrail qüvvələri ölkənin cənubundakı Vadi əl-Cəmal ərazisində yerləşən Meys əl-Cəbəl kəndinin şimal hissəsinə daxil olub.

İsrail qüvvələrinin irəliləməsi bölgədə artilleriya atəşinin intensivləşməsi ilə müşayiət olunub.

Məlumata əsasən, İsrail artilleriyası ərazidə yerləşən yaşayış evlərindən birini atəşə tutub.

Eyni zamanda, İsrail hərbçilərinin pulemyotlardan istifadə edərək ərazi istiqamətində intensiv atəş açdığı bildirilir.

Hadisə nəticəsində ölən və ya yaralananların olub-olmaması barədə hələlik məlumat verilməyib.

Mövzuya görə xəbərlər