Son dəqiqə

İran Yaxın Şərq Oman Hörmüz boğazı dəniz nəqliyyatı IRNA Həsən Qəşqavi

Hörmüz boğazı ilə bağlı Omanla çərçivə razılaşması əldə olunub - İran

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının sözçüsü Həsən Qəşqavi bildirib ki, Hörmüz boğazı ilə bağlı Omanla çərçivə razılaşması əldə edilib.

TurkicWorld xəbər verir ki, Qəşqavi bu barədə İranın rəsmi IRNA agentliyinə açıqlamasında danışıb.

Onun sözlərinə görə, Omanla əldə olunan anlaşmanın ümumi çərçivəsi artıq müəyyənləşdirilib.

Qəşqavi bildirib ki, razılaşmanın yekun mətni və təfərrüatları yaxın vaxtlarda ictimaiyyətə açıqlanacaq.

Bununla yanaşı, o vurğulayıb ki, sənədin qüvvəyə minməsi üçün yekun qərar İran rəhbərliyinin yüksək səviyyəli qurumları tərəfindən verilməlidir.

Son günlər Tehran və Maskat arasında Hörmüz boğazında gəmiçiliyin təşkili ilə bağlı intensiv danışıqlar aparılır.

İran rəsmiləri daha əvvəl də bildiriblər ki, mümkün razılaşma boğazın açılması üçün vacib addım olsa da, bunun həyata keçirilməsi digər siyasi və təhlükəsizlik amillərindən də asılı olacaq.

Mövzuya görə xəbərlər