BAKI,TurkicWorld,Yusif Şərifzadə
İran xarici işlər nazirinin hüquqi və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi bildirib ki, Tehran ABŞ-yə etibar etmir və Vaşinqtonu öhdəliklərini dəfələrlə pozmaqda ittiham edir.
TurkicWorld xəbər verir ki, Qəribabadinin IRNA agentliyinə açıqlamasına görə, ABŞ-nin iyunun ortalarında İranla imzalanmış Anlaşma Memorandumu üzrə öhdəliklərini yerinə yetirməsi Hörmüz boğazının yenidən açılması üçün zəruri şərtlərdən biridir.
Bununla belə, o vurğulayıb ki, bu addım boğazın açılması üçün kifayət edən yeganə şərt deyil.
Qəribabadi bildirib ki, ABŞ-nin "verdiyi vədləri və öhdəlikləri pozması" ilə bağlı məsələ də həllini tapmalıdır.
İran rəsmisinin sözlərinə görə, Vaşinqtona qarşı etimadsızlıq məhz bu təcrübədən qaynaqlanır.







