BAKI,TurkicWorld,Yusif Şərifzadə
İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi bildirib ki, Tehran Omanla əldə olunmuş anlaşma çərçivəsində Hörmüz boğazında gəmi hərəkətinin idarə olunması üçün yeni model üzərində işləyir.
TurkicWorld xəbər verir ki, Qəribabadinin sözlərinə görə, yeni marşrutun əsas hissəsi İranın ərazi sularından, bir hissəsi isə Omanın ərazi sularından keçəcək.
O qeyd edib ki, yeni plan çərçivəsində hazırda istifadə olunan müvəqqəti marşrutlar – İranın Lərək adası yaxınlığındakı şimal dəhlizi və Omanın ərazi sularındakı cənub dəhlizi bağlanacaq.
İranlı diplomatın sözlərinə görə, Hörmüz boğazında yaradılacaq yeni gəmiçilik marşrutunun ilkin mərhələdə iki aydan dörd ayadək, zərurət yaranacağı təqdirdə isə daha uzun müddət istifadə olunması nəzərdə tutulur.
Qəribabadi yeni modelin tətbiqi ilə bağlı əlavə texniki təfərrüat açıqlamayıb.







