Son dəqiqə

Indoneziya zəlzələ təbii fəlakət Seysmologiya Halmahera

İndoneziyanın Halmahera adasında 5,5 bal gücündə zəlzələ baş verib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İndoneziyanın Halmahera adası yaxınlığında 5,5 bal gücündə zəlzələ qeydə alınıb.

TurkicWorld xəbər verir ki, bu barədə Almaniyanın Geologiya Elmləri Araşdırma Mərkəzi (GFZ) məlumat yayıb.

Məlumata görə, zəlzələnin ocağı 127 kilometr dərinlikdə yerləşib.

Hadisə nəticəsində tələfat və ya dağıntılar barədə hələlik rəsmi məlumat açıqlanmayıb.

Mövzuya görə xəbərlər