Son dəqiqə

İsrail Qətər Qəzza Yaxın Şərq Beynəlxalq hüquq atəşkəs sülh prosesi Məcid əl-Ənsari

İsrail Qəzzada sülh prosesinə mane olur və işğal etdiyi ərazilərdən çıxmalıdır - Qətər

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Qətər İsraili Qəzza zolağında sülh prosesinin həyata keçirilməsinə mane olmaqda ittiham edib və işğal etdiyi bütün ərazilərdən çıxmağa çağırıb.

TurkicWorld xəbər verir ki, Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari bildirib ki, İsrailin Qəzzaya son hücumları, nəticəsində 30-dan çox fələstinlinin həlak olması, sülh planının icrasını pozmağa yönəlmiş eskalasiya cəhdidir.

Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət razılaşmanın həyata keçirilməsinə mane olan tərəfin kim olduğunu aydın şəkildə görür.

"Razılaşmanın icrasına mane olan tərəfin kim olduğu beynəlxalq ictimaiyyətə aydındır. Tam məsuliyyət İsrailin üzərinə düşür", – deyə əl-Ənsari bildirib.

Qətər rəsmisi İsrailin Qəzza zolağındakı hərbi mövcudluğuna da toxunaraq vurğulayıb ki, İsrail beynəlxalq hüquqa uyğun olaraq işğal etdiyi bütün ərazilərdən geri çəkilməlidir.

Əl-Ənsari qeyd edib ki, mövcud və ya keçmiş təhlükəsizlik arqumentləri işğalı əsaslandırmaq üçün hüquqi əsas ola bilməz.

Mövzuya görə xəbərlər