BAKI, TurkicWorld
ABŞ administrasiyası yaxın həftələrdə Rusiya ilə Ukrayna arasında Ukrayna nizamlanması üzrə danışıqlar prosesinin bərpası imkanını nəzərdən keçirəcək. Bu barədə şənbə günü ABŞ dövlət katibi Marko Rubio bildirib.
"Yaxın bir neçə həftə ərzində tərəflər arasında danışıqları bərpa etməyin və bu müharibəyə son qoymağın mümkün olub-olmadığını qiymətləndirəcəyik", - deyə o, Fox News telekanalına müsahibəsində bildirib.
Rubio qeyd edib ki, hər iki tərəfin "kifayət qədər sərt qırmızı xətləri" var. Onun fikrincə, Moskva və Kiyevin mövqeləri bir-birinə yaxınlaşmayınca, danışıqlar prosesinin uğurlu olması mümkün olmayacaq.







