Son dəqiqə

Konqo Demokratik Respublikası Ebola virusu

Konqo Demokratik Respublikasında “Ebola” virusundan ölənlərin sayı artır

BAKI, TurkicWorld

Konqo Demokratik Respublikasında 3605 “Ebola” virusuna yoluxma qeydə alınıb ki, bunun da 1587-si ölümlə nəticələnib.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının məlumatında bildirilib.

Qeyd olunub ki, son məlumatlar iyulun 30-da qeydə alınıb.

Həmçinin diqqətə çatdırılıb ki, adıçəkilən ölkədə “Ebola” virusunun əhatə dairəsi genişlənib.

“Bu, Konqo Demokratik Respublikasının tarixində ən böyük epidemiyadır”, - deyə məlumatda vurğulanıb.

Mövzuya görə xəbərlər