BAKI,TurkicWorld
"Rossotrudniçestvo" (Rusiyanın Müstəqil Dövlətlər Birliyi, xaricdə yaşayan həmvətənlər və beynəlxalq humanitar əməkdaşlıq işləri üzrə Federal Agentliyi) ilk dəfə olaraq MDB məkanında "Rus evləri" tərəfdaş proqramını genişləndirir. İki yeni mərkəz Ermənistanda – Artaşat və Aştarekdə açılacaq.
Ermənistan KİV-nin məlumatına görə, sentyabrın 8-də Rusiyanın İctimai Palatasında "Rossotrudniçestvo"nun rəhbəri İqor Çayka 11 yeni tərəfdaş "Rus evi"nin açılması ilə bağlı sazişlər imzalayıb.
Buna qədər şəbəkə 22 ölkədə 25 tərəfdaş platformanı birləşdirirdi.
Ermənistanla yanaşı, Keniya, Konqo Demokratik Respublikası, Madaqaskar, Mali, San-Tome və Prinsipi, Seneqal, Syerra-Leone, Tailand və Toqoda da yeni "Rus evləri" açılacaq.







