Son dəqiqə

İsrail Livan Yaxın Şərq Hizbullah atəşkəs pilotsuz uçuş aparatı Əli Tahir

"Hizbullah" Livanda hərbi texnikaya pilotsuz aparatla hücum edib - İsrail

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İsrail ordusu Livanın cənubunda yerləşən işğal altındakı ərazidə hərbi mühəndis texnikasına pilotsuz uçuş aparatı ilə hücum edildiyini bildirərək, insidentə görə "Hizbullah" hərəkatını ittiham edib.

TurkicWorld xəbər verir ki, İsrail ordusunun yaydığı bəyanata əsasən, hadisə Əli Tahir silsiləsi ərazisində baş verib. Bildirilir ki, gecə saatlarında "Hizbullah" partlayıcı maddə daşıyan pilotsuz uçuş aparatını İsrail ordusuna məxsus mühəndis texnikasına qarşı istifadə edib.

Ordunun məlumatına görə, hücum nəticəsində xəsarət alan olmayıb.

İsrail bəyan edib ki, bu hadisə Livanda qüvvədə olan atəşkəs razılaşmasının "Hizbullah" tərəfindən açıq şəkildə pozulmasıdır. Açıqlamada əlavə olunub ki, İsrail hərbçiləri bölgədə fəaliyyətlərini davam etdirəcək və silahlı qrupların mövqelərini möhkəmləndirməsinə və yeni hücumlar həyata keçirməsinə imkan verməyəcəklər.

"Hizbullah" hərəkatı isə İsrailin ittihamları ilə bağlı hələlik rəsmi açıqlama verməyib. Məlumatlar müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.

Mövzuya görə xəbərlər