Son dəqiqə

Səudiyyə Ərəbistanı Yəmən Husilər Qırmızı dəniz Bab əl-Məndəb boğazı Ənsarullah

Husilər Bab əl-Məndəb boğazının bağlanması iddialarını təkzib edib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Yəməndə fəaliyyət göstərən husi hərəkatı Bab əl-Məndəb boğazının bağlanması ilə bağlı iddiaları rədd edərək, dənizdə həyata keçirdikləri əməliyyatların yalnız Səudiyyə Ərəbistanına qarşı tətbiq edilən hədəfli dəniz blokadası ilə məhdudlaşdığını bildirib.

TurkicWorld xəbər verir ki, husi hərəkatının baş danışıqçısı və sözçüsü Məhəmməd Əbdüssalam sosial şəbəkədə paylaşdığı açıqlamada Bab əl-Məndəb boğazının tam bağlanması barədə yayılan məlumatların həqiqəti əks etdirmədiyini deyib.

O bildirib: "Bəzilərinin iddia etdiyi kimi, Bab əl-Məndəb boğazı bağlanmayıb."

Məhəmməd Əbdüssalamın sözlərinə görə, Yəmən Silahlı Qüvvələrinin elan etdiyi mövqe yalnız Səudiyyə Ərəbistanına yönəlmiş dəniz blokadasını əhatə edir. O iddia edib ki, bu addım Səudiyyə Ərəbistanının Yəmənə tətbiq etdiyi mühasirəyə və ölkənin təhlükəsizliyi, suverenliyi və müstəqilliyini təmin edəcək ədalətli həll yollarını qəbul etməməsinə cavab olaraq atılır.

Ənsarullah hərəkatı kimi də tanınan husilər 2023-cü ilin sonlarından etibarən Qırmızı dəniz və Ədən körfəzində çoxsaylı gəmilərə hücumlar həyata keçiriblər. Hərəkat bu əməliyyatları Qəzza zolağında yaşayan fələstinlərlə həmrəylik məqsədi daşıdığını bildirərək əsaslandırır.

Mövzuya görə xəbərlər