BAKI,TurkicWorld,Yusif Şərifzadə
Bəhreyn Silahlı Qüvvələri ölkənin hava hücumundan müdafiə sistemlərinin İran tərəfindən həyata keçirildiyi bildirilən bir neçə hava hücumunun qarşısını aldığını bəyan edib.
TurkicWorld xəbər verir ki, Bəhreyn ordusunun yaydığı açıqlamada hava hücumundan müdafiə vasitələrinin "İranın həyata keçirdiyi bir neçə düşmən xarakterli hava hücumunu uğurla aşkar edərək məhv etdiyi" bildirilib.
Rəsmi bəyanatda İranın Bəhreynə qarşı mülki əhalini hədəf alan hücumlarını davam etdirdiyi iddia olunub.
Ordunun açıqlamasında qeyd edilib ki, bu cür hücumlar ölkənin təhlükəsizliyinə və mülki insanların həyatına ciddi təhlükə yaradır.
Bəyanatda hücumların miqyası, istifadə edilən silahlar, eləcə də mümkün itkilər və dağıntılar barədə əlavə məlumat verilməyib.
İran tərəfi isə Bəhreynin səsləndirdiyi iddialarla bağlı hələlik rəsmi açıqlama yaymayıb.
Məlumat müstəqil mənbələr tərəfindən də hələlik təsdiqlənməyib.







