BAKI,TurkicWorld,Yusif Şərifzadə
ABŞ Prezidenti Donald Tramp İranın müharibəni dayandırmaq məqsədilə dialoq aparmaq üçün görüşə can atdığını bildirib. O, Tehran rəhbərliyinin ABŞ-ın hərbi təzyiqləri nəticəsində danışıqlara maraq göstərdiyini iddia edib.
TurkicWorld xəbər verir ki, Donald Tramp jurnalistlərə açıqlamasında İranın münaqişəyə son qoymaq üçün “ümidsiz şəkildə görüşmək istədiyini” bildirib.
ABŞ prezidenti İranın hazırkı vəziyyətini ağır qiymətləndirərək, “onların məhv edildiyini” və buna görə danışıqlar aparmağa çalışdıqlarını deyib.
Tramp bildirib ki, İran rəhbərliyi ilə görüş üçün Vaşinqtonun marağı yalnız “mənalı şəkildə” danışıqlar aparmağa hazır olduqları halda yaranacaq.
“Onlar ümidsiz şəkildə görüşmək istəyirlər, lakin mənalı görüşə hazır olana qədər bizim buna marağımız yoxdur”, - deyə ABŞ prezidenti bildirib.
Trampın açıqlaması ABŞ və İran arasında davam edən hərbi qarşıdurma və diplomatik gərginlik fonunda səslənib. Tehran isə daha əvvəl Vaşinqtonu razılaşmaları pozmaqda və hərbi təzyiq göstərməkdə ittiham edib.







