Son dəqiqə

İsrail ABŞ Livan Yaxın Şərq atəşkəs cənubi Livan Hərbi Koordinasiya Qrupu

ABŞ Livanın cənubunda ilk “pilot zonalar”ın yaradıldığını açıqlayıb

BAKI,TurkicWorld,Yusif Şərifzadə

ABŞ Livanın cənubunda İsrail və Livan arasında əldə olunan atəşkəs çərçivəsinin həyata keçirilməsi məqsədilə ilk “pilot zonalar”da fəaliyyətə başlanıldığını açıqlayıb.

TurkicWorld xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Tommi Piqqot bildirib ki, pilot zonalar üzrə fəaliyyət Livanın cənubundakı Froun, Srifa və Zəvtər əl-Qərbiyyə kəndlərində başlayıb. Onun sözlərinə görə, proses Üçtərəfli Çərçivəyə uyğun və Livan üzrə Hərbi Koordinasiya Qrupunun nəzarəti altında həyata keçirilir.

Piqqot bu addımı İsrail və Livan nümayəndələri arasında ötən həftə Romada keçirilən müzakirələrin birbaşa nəticəsi kimi qiymətləndirib. O bildirib ki, Vaşinqton razılaşmanın tam icrasına nail olmaq üçün hər iki tərəflə sıx əməkdaşlığı davam etdirəcək.

ABŞ Dövlət Departamentinin nümayəndəsi qeyd edib ki, pilot zonaların yaradılması atəşkəs mexanizminin gücləndirilməsi və bölgədə sabitliyin təmin olunması istiqamətində mühüm mərhələdir.

İsrail və Livan arasında əldə olunan razılaşmanın əsas məqsədlərindən biri Livanın cənubunda təhlükəsizliyin təmin edilməsi və bölgədə hərbi gərginliyin azaldılmasıdır.

Mövzuya görə xəbərlər