BAKI,TurkicWorld
Böyük Britaniyanın Baş naziri Kir Starmer bu postda fəaliyyətini başa vurduğunu bəyan edib.
Bu barədə Britaniya KİV-də məlumat yayılıb.
Starmer özündən sonra bu posta gələcək Endi Bernemə uğurlar arzulayıb.
"Həyatım boyu mənə göstərilən ən böyük şərəf sizə və bu möhtəşəm ölkəyə baş nazir kimi xidmət etmək olub. Əminəm ki, bu gün Böyük Britaniya iki il əvvəlkindən daha güclü və daha ədalətli ölkədir", – deyə Starmer xalqa son müraciətində bildirib.
O, hökumətinin əsas nailiyyətləri kimi yoxsulluq səviyyəsinin azalmasını, immiqrasiyanın məhdudlaşdırılmasını, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsini və beynəlxalq nüfuzunun artırılmasını göstərib.





