Son dəqiqə

İran Yaxın Şərq Sepah Hörmüz boğazı İran dövlət televiziyası Seyid Məcid Musəvi Aerokosmik Qüvvələr

İranın hücumları Hörmüz boğazında sabitlik bərpa olunana qədər davam edəcək - SEPAH komandanı

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələrinin komandanı Seyid Məcid Musəvi İranın hərbi əməliyyatlarının Hörmüz boğazı və ölkənin cənub sahillərində sabitlik bərpa olunana qədər davam edəcəyini bildirib.

TurkicWorld xəbər verir ki, bu barədə İran dövlət televiziyası komandanın bəyanatını yayıb.

Məlumata görə, Musəvi çıxışında İranın bütün ərazisinin vahid hərbi əməliyyat məkanı kimi qiymətləndirildiyini bildirib.

"İranın hesablamalar sistemində Tehrandan cənuba qədər bütün ölkə vahid məkandır. Düşmənə qarşı İranın müxtəlif bölgələrindən həyata keçirilən dəqiq və təsirli zərbələr cənub sahillərində və Hörmüz boğazında sakitlik bərpa olunana qədər davam edəcək", – deyə o bildirib.

İran dövlət mediasının məlumatına əsasən, komandan çıxışında əməliyyatların məqsədinin bölgədə təhlükəsizliyin bərpası olduğunu iddia edib.

Bəyanatda konkret hansı hədəflərin vurulduğu və ya əməliyyatların nə qədər davam edəcəyi barədə əlavə məlumat verilməyib.

İran rəsmisinin səsləndirdiyi bəyanata ABŞ və ya İsrail tərəfindən hələlik rəsmi münasibət bildirilməyib. Məlumat müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.

Mövzuya görə xəbərlər