Son dəqiqə

İsrail ABŞ Donald Tramp Abbas Əraqçi X sosial şəbəkəsi xarici təsir

Əraqçi İsraili ABŞ siyasətinə təsir göstərməkdə ittiham edib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İranın xarici işlər naziri Abbas Əraqçi İsraili ABŞ-nin xarici siyasətinə və daxili siyasi proseslərinə təsir göstərməyə çalışmaqda ittiham edib.

TurkicWorld xəbər verir ki, Əraqçi bu barədə X sosial şəbəkəsində paylaşım edib.

İranlı nazir paylaşımında amerikalıların xarici təsir barədə xəbərdar edildiyini xatırladaraq, İsrailin Vaşinqtonu "qalib gəlməsi mümkün olmayan seçilmiş müharibəyə sürükləmək üçün geniş təsir kampaniyası apardığını" iddia edib.

Əraqçi bu fikirlərini Time jurnalında dərc olunmuş məqaləyə istinadla səsləndirib. Həmin məqalədə ABŞ Prezidenti Donald Trampın keçmiş seçki kampaniyası rəhbəri Bred Parskeylin (Brad Parscale) İsrailin maraqlarına xidmət etdiyi iddia olunan və MAGA hərəkatını hədəf alan təsir kampaniyasında iştirak etdiyi bildirilir.

İranın xarici işlər naziri daha sonra İsraili ABŞ vergi ödəyicilərinin vəsaitindən istifadə etməklə ölkə daxilindəki tənqidçiləri susdurmağa çalışmaqda ittiham edib.

"İsrail ABŞ vergi ödəyicilərinin pullarından amerikalı tənqidçiləri susdurmaq üçün istifadə edir. Bütün bunlar tezliklə üzə çıxacaq", – deyə Əraqçi paylaşımında yazıb.

İsrail hökuməti və ABŞ rəsmiləri Əraqçinin bu iddialarına hələlik rəsmi münasibət bildirməyiblər. Həmçinin İran xarici işlər nazirinin irəli sürdüyü ittihamlar müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.

Mövzuya görə xəbərlər