Son dəqiqə

İran Küveyt Yaxın Şərq Hava hücumundan müdafiə pilotsuz uçuş aparatı Baş Qərargah rəisi

Küveytdə hava hücumundan müdafiə sistemləri işə salınıb

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Küveyt Silahlı Qüvvələri ölkənin hava hücumundan müdafiə sistemlərinin yeni pilotsuz uçuş aparatları ilə həyata keçirildiyi bildirilən hücumların qarşısını almaq üçün fəaliyyət göstərdiyini açıqlayıb.

TurkicWorld xəbər verir ki, Küveyt Ordusunun Baş Qərargahı yaydığı bəyanatda hava hücumundan müdafiə qüvvələrinin "düşmən pilotsuz uçuş aparatlarının" hücumlarını dəf etdiyini bildirib.

Açıqlamada qeyd olunur ki, əhalinin eşitdiyi partlayış səsləri hava hücumundan müdafiə sistemlərinin hədəfləri zərərsizləşdirməsi nəticəsində yaranıb.

Küveyt hərbi rəhbərliyi hücumları "İranın təcavüzü" kimi qiymətləndirib.

Bəyanatda vətəndaşlardan aidiyyəti dövlət qurumlarının təhlükəsizlik və mülki müdafiə ilə bağlı göstərişlərinə ciddi əməl etmələri xahiş olunub.

Hadisənin nəticələri, mümkün dağıntılar və ya itkilərlə bağlı hələlik rəsmi məlumat açıqlanmayıb.

İran tərəfi Küveytin ittihamlarına hələlik münasibət bildirməyib.

Məlumat müstəqil mənbələr tərəfindən tam təsdiqlənməyib.

Mövzuya görə xəbərlər