Son dəqiqə

İsrail ABŞ səfər Benyamin Netanyahu ABŞ-İsrail münasibətləri diplomatik təmaslar anım mərasimi

Netanyahu ABŞ-a planlaşdırılan səfərini ləğv edib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İsrailin Baş naziri Benyamin Netanyahu gələn həftə ABŞ-a planlaşdırılan səfərini həyata keçirməyəcək.

TurkicWorld xəbər verir ki, bu barədə Baş nazirin Ofisi məlumat yayıb.

Açıqlamada bildirilir ki, səfərin ləğv edilməsinə ABŞ senatoru Lindsi Qrehemin anım mərasiminin təxirə salınması səbəb olub.

İsrail mətbuatının məlumatına görə, Netanyahu şənbə günü ABŞ-a yollanmalı və çərşənbə axşamınadək ölkədə qalaraq anım mərasimində iştirak etməli idi.

Lindsi Qrehem ötən həftə qısa sürən qəfil xəstəlikdən sonra vəfat edib.

Netanyahu mərhum senatoru yaxın dostu adlandıraraq, onun ABŞ–İsrail müttəfiqliyinin möhkəmlənməsinə böyük töhfə verdiyini bildirib.

Baş nazir həmçinin Qrehemin İsrailin təhlükəsizliyinə sadiqliyini yüksək qiymətləndirib.

Netanyahunun ABŞ-a yeni səfərinin nə vaxt baş tutacağı barədə hələlik məlumat verilməyib.

Mövzuya görə xəbərlər