Son dəqiqə

İran ABŞ Yaxın Şərq Hava hücumundan müdafiə hərbi gərginlik pilotsuz uçuş aparatı Bəndər-Abbas

Bəndər Abbas üzərində ABŞ-a məxsus pilotsuz uçuş aparatı vurulub - İran

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İran Bəndər Abbas şəhəri üzərində ABŞ-a məxsus pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb.

TurkicWorld xəbər verir ki, bu barədə İranın dövlətə məxsus Fars xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, pilotsuz uçuş aparatı İranın cənubunda yerləşən Bəndər Abbas liman şəhəri yaxınlığında hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib.

Agentliyin məlumatında vurulan aparatın ABŞ istehsalı olan LUKAS pilotsuz uçuş aparatı olduğu bildirilir.

Bundan əlavə, Hörmüzgan vilayətində fəaliyyət göstərən hava hücumundan müdafiə sistemlərinin 20-dən çox düşmən pilotsuz uçuş aparatını da vurduğu iddia edilir.

İran tərəfi hadisə ilə bağlı əlavə texniki məlumat və görüntü paylaşmayıb.

ABŞ tərəfi isə İranın pilotsuz uçuş aparatının vurulması ilə bağlı iddialarına hələlik rəsmi münasibət bildirməyib.

Məlumat müstəqil mənbələr tərəfindən hələlik təsdiqlənməyib.

Mövzuya görə xəbərlər