Son dəqiqə

İran ABŞ Donald Tramp Hörmüz boğazı Müctəba Xamenei Məhəmməd Müxbər

İranın mövqeyi beynəlxalq gəmiçiliyə necə təsir edəcək?

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İran Hörmüz boğazına nəzarət məsələsində mövqeyindən geri çəkilməyəcəyini açıqlayıb. Tehran ABŞ-ın strateji su yoluna tam nəzarət etmək planlarına qarşı çıxaraq, bu məsələdə mübarizəni davam etdirəcəyini bildirib.

TurkicWorld xəbər verir ki, İranın Ali rəhbəri Müctəba Xameneinin baş məsləhətçisi Məhəmməd Müxbər Hörmüz boğazı ilə bağlı açıqlama verib. O bildirib ki, İran bu mühüm su yoluna nəzarət məsələsində mövqeyini qoruyacaq.

Məhəmməd Müxbər sosial şəbəkədəki paylaşımında qeyd edib ki, İran gələcəkdə öz gəmilərinin keçidi üçün “düşmənə ödəniş etmək məcburiyyətində qalmamaq” məqsədilə bu mövzuda mübarizə aparır.

O vurğulayıb ki, Hörmüz boğazı ilə bağlı geri çəkilmək İran tərəfdarlarının düşüncəsində olmayan məsələdir.

ABŞ Prezidenti Donald Tramp bazar ertəsi günü ABŞ-ın Hörmüz boğazına nəzarəti ələ keçirəcəyini bildirib. Bundan əvvəl isə ABŞ-ın İrana qarşı həyata keçirdiyi hücumlarla bağlı sərt açıqlama verib.

İran fevralın 28-də başlayan ABŞ-İsrail müharibəsinə cavab olaraq əvvəllər beynəlxalq gəmiçilik üçün açıq olan Hörmüz boğazında nəzarət tədbirlərini gücləndirdiyini bildirib.

Hörmüz boğazı dünya enerji daşımalarının əsas marşrutlarından biri hesab olunur. Bu ərazidə yaranan gərginlik beynəlxalq ticarət və enerji bazarları üçün ciddi risk yaradır.

Mövzuya görə xəbərlər