Son dəqiqə

İran ABŞ anlaşma memorandumu Yaxın Şərq hərbi gərginlik Diplomatiya MoU

ABŞ-İran memorandumu yenidən bərpa oluna bilər

BAKI,TurkicWorld,Yusif Şərifzadə

ABŞ və İran arasında əldə olunan anlaşma memorandumunun (MoU) yenidən bərpa edilməsi mümkün olsa da, bunun üçün ciddi diplomatik səylər tələb olunur.

TurkicWorld xəbər verir ki, Kral Birləşmiş Xidmətlər İnstitutunun (RUSI) baş elmi əməkdaşı Maykl Stivens “Əl-Cəzirə”yə açıqlamasında tərəflər arasında razılaşmanın yenidən işə salına biləcəyini bildirib.

Stivens qeyd edib ki, əsas problem tərəflərin bir-birinin mövqeyində müəyyən əsasların olduğunu qəbul etməməsidir.

Onun sözlərinə görə, diplomatik prosesin yenidən irəliləməsi üçün tərəflərdən biri mövcud dalanı qırmaq istiqamətində addım atmalıdır.

Ekspert əlavə edib ki, memorandumun məzmunu nəzərə alınarsa, hərbi qarşıdurmanın yenidən başlaması gözlənilən hal idi.

Stivens bildirib ki, ilkin mərhələdə İranın əldə etdiyi bəzi üstünlüklər sonrakı prosesdə ABŞ tərəfindən balanslaşdırılmağa çalışılıb.

O, neft qiymətlərinin kəskin artmamasının bazar iştirakçılarının uzunmüddətli hərbi qarşıdurma ehtimalına tam inanmaması ilə bağlı ola biləcəyini qeyd edib.

Ekspert hesab edir ki, tərəflər arasında diplomatik çıxış yolu hələ də mümkündür, lakin bunun üçün qarşılıqlı güzəştlər tələb olunur.

Mövzuya görə xəbərlər