BAKI,TurkicWorld,Yusif Şərifzadə
İsrail ordusu Qəzza zolağına endirilən zərbələr nəticəsində HƏMAS-ın iki komandirinin öldürüldüyünü iddia edib.
TurkicWorld xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin açıqlamasına görə, öldürüldüyü bildirilən şəxslər HƏMAS-ın hərbi qanadının Silah İstehsalı Qərargahının komandiri Xəlil Camal Xəlil Manna və Nuseyrat batalyonunun komandiri Osama Valid Dib Mühareb olub.
İsrail tərəfi bildirib ki, əməliyyatlar zamanı HƏMAS-ın hərbi strukturlarına qarşı zərbələr davam etdirilir.
Məlumata görə, bu hücumlar İsrail və HƏMAS arasında 2025-ci il oktyabrın 10-da əldə olunmuş atəşkəs razılaşmasına baxmayaraq həyata keçirilib.
HƏMAS isə İsrailin açıqlaması ilə bağlı hələlik rəsmi təsdiq verməyib.
Qəzzada vəziyyət beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənilir və tərəflər arasında əldə olunan razılaşmanın davamlılığı ilə bağlı narahatlıqlar qalmaqdadır.







