BAKI,TurkicWorld,Yusif Şərifzadə
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai ABŞ-ni Tehranla əldə olunmuş anlaşmanın şərtlərini pozmaqda ittiham edib.
TurkicWorld xəbər verir ki, Bəqai sosial şəbəkədə paylaşdığı açıqlamada Vaşinqtonun İrana qarşı birtərəfli addımlar və hücumlar həyata keçirməklə razılaşmanın mahiyyətinə zidd davrandığını bildirib.
Onun sözlərinə görə, ABŞ bu addımlarla anlaşmanın Hörmüz boğazından gəmilərin təhlükəsiz keçidinin təmin olunması ilə bağlı müddəasını pozub.
Bəqai vurğulayıb ki, İran öz milli maraqlarını müdafiə edəcək və suveren hüquqlarından istifadə etməkdə davam edəcək.






