Son dəqiqə

İran ABŞ Almaniya Donald Tramp Fridrix Mers atəşkəs

İranla əldə olunacaq razılaşma uzunmüddətli olmalıdır - Fridrix Mers

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Almaniyanın Kansleri Fridrix Mers İranla əldə ediləcək hər hansı razılaşmanın uzunmüddətli və dayanıqlı olmasının vacibliyini vurğulayıb.

TurkicWorld xəbər verir ki, Mers bu barədə ABŞ Prezidenti Donald Trampla keçirdiyi görüşdən sonra danışıb.

Almaniya Kansleri bildirib ki, İranla əldə olunacaq razılaşma qısa müddətli deyil, uzun illər qüvvədə qalacaq şəkildə hazırlanmalıdır.

Mers eyni zamanda son atəşkəs pozuntusuna görə məsuliyyəti İranın üzərinə qoyub. Onun sözlərinə görə, Tehranın son addımları bölgədə gərginliyin yenidən artmasına səbəb olub.

Mövzuya görə xəbərlər