Son dəqiqə

İran ABŞ Tehran Vaşinqton atəşkəs ABŞ Mərkəzi Komandanlığı Konqres

ABŞ-İran qarşıdurmasının yeni mərhələsinin necə inkişaf edəcəyi qeyri-müəyyən qalır

BAKI,TurkicWorld,Yusif Şərifzadə

ABŞ və İran arasında son gərginliyin hansı istiqamətdə inkişaf edəcəyi hələlik aydın deyil.

TurkicWorld xəbər verir ki, ABŞ tərəfi İran hədəflərinə qarşı mümkün yeni zərbələrlə bağlı açıq işarələr versə də, hücumların vaxtı və miqyası barədə məlumat açıqlamır.

Qeyd olunur ki, ABŞ Prezidenti Donald Tramp bundan əvvəl də Tehranla danışıqlar aparıldığı vaxtda yeni hərbi addımlarla bağlı xəbərdarlıqlar edib. Həmin dövrdə də danışıqların davam etməsinə baxmayaraq, İran ərazisindəki hədəflərə zərbələr endirilmişdi.

ABŞ Mərkəzi Komandanlığı jurnalistlərə mümkün hücumlarla bağlı təfərrüat vermir. Bununla belə, Vaşinqtonun İran hədəflərinə qarşı yenidən zərbələr endirməyə hazırlaşdığına dair siyasi siqnalların artdığı bildirilir.

ABŞ ictimaiyyətində isə İranla müharibəyə qarşı narazılığın artdığı qeyd olunur. Lakin yay mövsümü, məktəblərin bağlı olması və Konqresin iclaslarına fasilə verilməsi səbəbindən bu mövzu hazırda ictimai müzakirələrin əsas gündəmində deyil.

Sentyabrın əvvəlindən sonra seçki mövsümünün fəallaşması ilə ABŞ-ın İranla münaqişəyə son qoymaq üçün kifayət qədər addım atıb-atmadığına dair müzakirələrin genişlənəcəyi gözlənilir.

Mövzuya görə xəbərlər