Son dəqiqə

NATO Böyük Britaniya Niderland Ankara Kir Starmer Hərbi gəmilər amfibiya qüvvələri

Böyük Britaniya və Niderland 3,2 milyard dollarlıq dəniz tərəfdaşlığı sazişi imzalayıb

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Böyük Britaniya və Niderland silahlı qüvvələrinin amfibiya imkanlarını gücləndirmək məqsədilə 2,4 milyard funt sterlinq, yəni təxminən 3,2 milyard ABŞ dolları dəyərində yeni dəniz tərəfdaşlığı sazişi imzalayıblar.

TurkicWorld xəbər verir ki, Böyük Britaniya hökumətinin yaydığı məlumata görə, saziş çərçivəsində hər iki ölkənin silahlı qüvvələri yeni amfibiya nəqliyyat gəmiləri ilə təchiz ediləcək. Layihənin NATO-nun kollektiv müdafiə imkanlarının gücləndirilməsinə töhfə verəcəyi bildirilir.

NATO Zirvə Toplantısında iştirak edən Böyük Britaniyanın Baş naziri Kir Starmer bəyan edib ki, tərəfdaşlıq Böyük Britaniyanın sənaye potensialını Niderlandın gəmiqayırma və dənizçilik sahəsindəki təcrübəsi ilə birləşdirəcək. Onun sözlərinə görə, bu əməkdaşlıq elit amfibiya qüvvələri üçün müasir platformaların yaradılmasına imkan verəcək və NATO-nun müdafiə qabiliyyətini daha da möhkəmləndirəcək.

Böyük Britaniya hökuməti layihənin iki ölkə arasında müdafiə sənayesi əməkdaşlığını genişləndirməklə yanaşı, alyansın dəniz təhlükəsizliyi imkanlarını da artıracağını vurğulayıb.

Mövzuya görə xəbərlər