Son dəqiqə

Niderland

Azərbaycanın Ermənistanla sülh prosesindəki liderliyi çox yüksək qiymətləndirilir

Bakı,TurkicWorld

Azərbaycanın Ermənistanla sülh prosesində nümayiş etdirdiyi öhdəlik və liderlik çox yüksək qiymətləndirilir.

TurkicWorld-un tədbirdəki müxbiri xəbər verir ki, bu barədə bazar ertəsi Niderland Krallığının xarici işlər naziri Tom Berendsen Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.

O qeyd edib ki, Niderland regionda dayanıqlı sülh və təhlükəsizliyə doğru balanslı yanaşma tətbiq edir ki, bu da hər kəs üçün həlledici və faydalıdır.

"Niderland dünyanın müəyyən hissələrinə bu minatəmizləmə sahəsində dəstək göstərir. Əminəm ki, komandalarımız Azərbaycana dəstək olmaq üçün kömək edə biləcəyimiz imkanları da nəzərdən keçirəcək",- deyə nazir bildirib.

Mövzuya görə xəbərlər