Son dəqiqə

İsrail Livan hava hücumu dəfn mərasimi Bint Cübeyl Bəraaşit

Bint Cübeyldə gərginlik davam edir

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İsrail ordusu Livanın cənubunda yerləşən Bint Cübeyl rayonunun Bəraaşit qəsəbəsinə hava zərbəsi endirib.

TurkicWorld xəbər verir ki, Livanın Milli Xəbər Agentliyinin məlumatına görə, hücum bazar günü həmin qəsəbədə keçirilən kütləvi dəfn mərasimindən sonra baş verib. Bildirilir ki, dəfn mərasimi zamanı da ərazi İsrail artilleriyasının atəşinə məruz qalmışdı.

Məlumata əsasən, son hava hücumu nəticəsində insan tələfatı qeydə alınmayıb.

Bəraaşit qəsəbəsi son günlər İsrailin hücumlarının intensivləşdiyi Livanın cənub bölgələrindən biri hesab olunur. Bölgədə təhlükəsizlik vəziyyəti gərgin olaraq qalır.

Mövzuya görə xəbərlər