Son dəqiqə

İran Rusiya Nüvə enerjisi təxliyə Buşəhr Atom Elektrik Stansiyası enerji

Rusiya şirkəti Buşəhr Atom Elektrik Stansiyasına əməkdaşlarını geri göndərəcək

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Rusiyanın dövlət nüvə şirkəti Buşəhr Atom Elektrik Stansiyasına əməkdaşlarını iyulun ortalarından etibarən yenidən göndərməyi planlaşdırır.

TurkicWorld xəbər verir ki, Rusiyanın dövlət nüvə şirkəti Buşəhr Atom Elektrik Stansiyasında fəaliyyətini bərpa etmək məqsədilə əməkdaşlarının mərhələli şəkildə İrana qayıdacağını açıqlayıb. Şirkət hazırda stansiyada iki yeni enerji blokunun tikintisini həyata keçirir.

Məlumata görə, Buşəhr Atom Elektrik Stansiyası bu ilin fevralında İrana qarşı həyata keçirilmiş hücumlardan sonra Amerika Birləşmiş Ştatları və İsrail tərəfindən dəfələrlə hədəfə alınıb.

Bildirilib ki, təhlükəsizlik səbəbindən aprel ayında şirkətin təxminən 200 əməkdaşı stansiyadan təxliyə edilmişdi. İndi isə onların bir hissəsinin iyulun ortalarından etibarən yenidən iş yerlərinə qayıtması nəzərdə tutulur.

Mövzuya görə xəbərlər