BAKI,TurkicWorld,Yusif Şərifzadə
Livan prezidenti ölkəsinin ABŞ tərəfindən dəstəklənməsinin davam etdirilməsinə çağırış edib.
TurkicWorld xəbər verir ki, prezident Cozef Aun ABŞ prezidenti Donald Trampa ünvanladığı təbrik mesajında Vaşinqtonun Livanın haqlı mövqelərini, dövlət institutlarını, ordusunu və xalqını dəstəkləməyə davam etməsini istəyib.
Aun bildirib ki, Livan müharibələr səhifəsini bağlayaraq sülh və sabitlik dövrünə keçmək istəyir.
Onun sözlərinə görə, ölkə yeni mərhələyə daxil olmaq və uzunmüddətli sabitlik əldə etmək niyyətindədir.
Eyni zamanda Livan hökumətinin “Hizbullah”ın silahsızlaşdırılması istiqamətində atdığı addımlar ölkə daxilində yeni münaqişə ehtimalı ilə bağlı narahatlıqlar yaradıb.
Rəsmi dairələr bu prosesin 1975–1990-cı illər vətəndaş müharibəsinə bənzər gərginlik yarada biləcəyi barədə xəbərdarlıq edirlər.
“Hizbullah” isə ABŞ vasitəçiliyi ilə irəli sürülən çərçivə razılaşmasını qəbul etmədiyini və silahları təhvil verməyəcəyini açıqlayıb.







