BAKI,TurkicWorld,Yusif Şərifzadə
İsrail artilleriyası Livanın cənubunda yerləşən Basil dağı ərazisini hədəfə alıb.
TurkicWorld xəbər verir ki, Livan Milli Xəbər Agentliyinin məlumatına əsasən, atəşlər Bint Cübeyl rayonuna yaxın Ramya və Beyt Lif qəsəbələri ətrafında qeydə alınıb.
Məlumata görə, artilleriya mərmiləri Basil dağı istiqamətində düşüb və bölgədə partlayış səsləri eşidilib.
Rəsmi mənbələr İsrail qüvvələrinin Livanın cənub bölgələrində və paytaxt Beyrut ətrafında hücumları davam etdirdiyini bildirir.
Bildirilib ki, bu hücumlar aprelin 16-dan bəri elan edilən atəşkəs rejiminə baxmayaraq həyata keçirilir.
Bölgədə vəziyyət gərgin olaraq qalır və təhlükəsizlik tədbirləri artırılıb.







