Son dəqiqə

İsrail Livan Hizbullah çərçivə razılaşması Livan hökuməti Yusif Rəcci

İsraillə imzalanmış sənəd yekun razılaşma deyil - Livanın xarici işlər naziri

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Livanın xarici işlər naziri Yusif Rəcci bildirib ki, İsraillə imzalanmış çərçivə sənədi yekun sülh razılaşması deyil və yalnız danışıqların davam etdirilməsi üçün əsas rolunu oynayır.

TurkicWorld xəbər verir ki, Yusif Rəcci fransızdilli ölkələrin Livandakı səfirləri ilə görüşdən sonra verdiyi açıqlamada İsraillə imzalanmış çərçivə sənədinin yekun razılaşma olmadığını bildirib.

Nazirin sözlərinə görə, Livan mövcud şəraitdə başqa seçim imkanına malik olmadığı üçün danışıqlara qoşulub.

Yusif Rəcci qeyd edib ki, hökumət ölkədə sabitlik və rifahın təmin olunması məqsədilə yeni mərhələyə başlamaq qərarı verib. O, eyni zamanda bildirib ki, "Hizbullah" baş vermiş hadisələrin və Livanın üzləşdiyi ağır nəticələrin miqyasını qəbul etmir.

Xarici işlər naziri vurğulayıb ki, silahlı qüvvələrin yalnız dövlətin nəzarətində olması təkcə xarici tərəflərin tələbi deyil, həm də güclü, normal və suveren Livan dövlətinin qurulması üçün təxirəsalınmaz daxili ehtiyacdır.

Mövzuya görə xəbərlər