Son dəqiqə

İsrail Livan Hizbullah hava zərbəsi atəşkəs Livanın cənubu

İsrail ordusu Livana yeni zərbələr endirdiyini açıqlayıb

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İsrail ordusu Livanın cənubunda bir sıra hədəflərə zərbələr endirdiyini bildirib. Məlumatda əməliyyatların atəşkəs razılaşmasının pozulmasına cavab olaraq həyata keçirildiyi iddia olunur.

TurkicWorld xəbər verir ki, İsrail ordusu yaydığı açıqlamada Livanın cənubunda "Hizbullah"a məxsus olduğunu iddia etdiyi 10 infrastruktur obyektinə zərbələr endirdiyini bildirib.

İsrail tərəfi, həmçinin təhlükəsizlik zonasının yaxınlığında silah daşıdığı iddia edilən yük avtomobilində hərəkət edən "Hizbullah" qrupunun da hədəfə alındığını açıqlayıb.

Ordunun bəyanatında bildirilir ki, hücumlar "Hizbullah"ın atəşkəs rejimini pozduğu iddialarına cavab olaraq həyata keçirilib.

Bununla yanaşı, İsrailin səsləndirdiyi bu iddialar müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.

Mövzuya görə xəbərlər