BAKI,TurkicWorld,Yusif Şərifzadə
Hizbullahın Baş katibi Naim Qasım İsrail və Livan arasında əldə olunan son razılaşmaya baxmayaraq qruplaşmanın silahlı mübarizəni davam etdirəcəyini bildirib.
TurkicWorld xəbər verir ki, Naim Qasım bu barədə açıqlama verərək təşkilatın mövqeyinin dəyişmədiyini vurğulayıb.
O deyib ki, Hizbullah “işğalı məğlub etmək üçün sahədə müqaviməti” davam etdirəcək.
Qasım əlavə edib ki, təşkilat ən çətin şəraitdə belə döyüş meydanını tərk etməyib və bundan sonra da tərk etməyəcək.







