BAKI,TurkicWorld,Yusif Şərifzadə
ABŞ Prezidenti Donald Tramp Amerika şirkətlərinə rəqəmsal xidmət vergisi tətbiq edən ölkələrə qarşı sərt tədbirlər görüləcəyini bildirib.
TurkicWorld xəbər verir ki, Tramp sosial şəbəkə hesabında paylaşdığı açıqlamada belə ölkələrdən ABŞ-a gətirilən bütün mallara 100 faizlik gömrük rüsumu tətbiq edilə biləcəyini deyib.
Onun sözlərinə görə, bu rüsum ABŞ-la mövcud olan hər hansı ticarət razılaşmasından üstün tutulacaq.
Tramp bildirib ki, Amerika şirkətlərinə qarşı rəqəmsal vergi tətbiq edən dövlətlər Vaşinqtonun cavab tədbirləri ilə üzləşəcək.







