Son dəqiqə

Nikolas Maduro zəlzələ Venesuela humanitar yardım Humanitar böhran Venesuela müxalifəti beynəlxalq dəstək

Edmundo Qonzales beynəlxalq ictimaiyyətə çağırış edib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Venesuela müxalifətinin lideri Edmundo Qonzales beynəlxalq ictimaiyyəti zəlzələdən zərər çəkən ölkəyə humanitar yardım göstərməyə çağırıb.

TurkicWorld xəbər verir ki, Edmundo Qonzales "X" sosial şəbəkəsində yayımladığı videomüraciətdə humanitar yardımın heç bir şərt irəli sürülmədən və siyasi nəzarət vasitəsinə çevrilmədən zərərçəkənlərə çatdırılmasının vacibliyini bildirib.

O qeyd edib ki, yardım ehtiyacı olan insanlara vasitəçilər olmadan və heç bir məhdudiyyət tətbiq edilmədən dəstək göstərilməlidir.

Edmundo Qonzales, həmçinin ölkədə baş verən dağıntıların miqyasını uzun illər ərzində dövlət idarəçiliyində yaranmış problemlərlə əlaqələndirib.

Qeyd edək ki, Venesuela müxalifəti Edmundo Qonzalesin 2024-cü il prezident seçkilərində qalib gəldiyini iddia edir. Rəsmi nəticələrə əsasən isə seçkilərin qalibi Nikolas Maduro elan olunub. Seçkilərdən sonra Edmundo Qonzales İspaniyaya gedib.

Mövzuya görə xəbərlər