Son dəqiqə

İran zəlzələ Venesuela humanitar yardım axtarış-xilasetmə işləri İsmayıl Bəqai beynəlxalq dəstək başsağlığı

İran Venesuelaya yardım göstərməyə hazır olduğunu açıqlayıb

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İran Venesuelada baş vermiş dağıdıcı zəlzələlərdən sonra bu ölkəyə başsağlığı verərək yardım göstərməyə hazır olduğunu bəyan edib.

TurkicWorld xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai Venesuela xalqına və hökumətinə başsağlığı çatdırıb.

O bildirib ki, İran zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində tələb olunacaq hər cür yardımın göstərilməsinə hazırdır.

İsmayıl Bəqai həmçinin İranın Venesuela hökuməti və xalqı ilə həmrəy olduğunu vurğulayıb. Onun sözlərinə görə, Tehran axtarış-xilasetmə və yardım əməliyyatlarına dəstək verməyə hazırdır.

Mövzuya görə xəbərlər